"Fənərbağça" "Zirə"nin futbolçusunu transfer etmək istəyir

Daha bir Avropa klubu “Zirə”nin futbolçusu Salifu Sumanı transfer etmək istəyir.
"Mediasport" xəbər verir ki, Türkiyə nəhəngi “Fənərbağça” Bakı klubunun üzvü ilə maraqlanır.
Qvineyanın “imedias.net” portalının məlumatına görə, İstanbul klubunun baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Sumanın keçidini istəyib.
Türkiyə tərəfinin transfer üçün "qartallar"a 800 min avro məbləğində təzminat ödəməyə hazır olduğu bildirilir.
Keçidin yayda baş tutması gözlənilir.
Xatırladaq ki, daha əvvəl Suma ilə bir müddət əvvəl Bolqarıstanın ÇSKA, Fransanın “Qrenobl” və Ukraynanın "Dinamo" (Kiyev) klubları da maraqlanırdı.
Vinger 2023-cü ildən "Zirə"Nin formasını geyinir.