"Zirə"dən bölgə klubuna yollandı
"Mingəçevir" daha bir futbolçu ilə güclənib.
"Mediasport" xəbər verir ki, bölgə komandası "Zirə"nin oyunçusu Fuad Bayramovlu heyətinə qatıb.
27 yaşlı sol cinah müdafiəçisi mövsümün sonuna qədər "işıqçılar"ın formasını geyinəcək.
Qeyd edək ki, 2024-cü ildən "qartallar"ın üzvü olan Bayramov cari mövsüm rəsmi oyunlarda meydana çıxmayıb.
