Fərid Qayıbov Bakıda Serbiyanın idman naziri ilə görüş keçirdi
Gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın idman naziri Zoran Qayiçlə görüşüb.
"Mediasport" xəbər verir ki, görüş Bakı-Belqrad birbaşa aviareyslərinin açılması çərçivəsində Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı reallaşıb.
İki ölkə arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Həmçinin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq yarışlarda əməkdaşlıq imkanları müzakirə olunub.
