Şəhriyar Məmmədyarovla Ülviyyə Fətəliyeva irəlilədi - FİDE Reytinqi

Şəhriyar Məmmədyarovla Ülviyyə Fətəliyeva irəlilədi - FİDE Reytinqi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçıların yeni reytinqini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçilərindən ən yaxşı göstəriciyiə sahib Şəhriyar Məmmədyarov 2 pillə irəliləyib.

Qrossmeyster 2742 xalla 14-cü sıraya yüksəlib.

Teymur Rəcəbov 2692 xalla 38-ci, Rauf Məmmədov 2655 xalla 62-ci, Eltac Səfərli 2630 xalla 100-cü yerdə qərarlaşıb.

Kişilərin reytinqinə 2839 xalla norveçli Maqnus Karlsen başçsılıq edir.

Qadın şahmatçılara gəlincə, 23 pillə irəliləyən Ülviyyə Fətəliyeva 2410 xalla 35-ci olub.

Günay Məmmədzadə 2390 xalla 51-ci, Gövhər Beydullayeva 2362 xalla 73-cü, Xanım Balacayeva isə 2351 xalla 87-ci sırada dayanıb.

Qadınların cədvəlinin lideri 2617 xalla çinli Hou İfandır.