Xankəndidə XI Vüqar Həşimov Memorialının qalibi müəyyənləşdi

 Xankəndidə XI Vüqar Həşimov Memorialının qalibi müəyyənləşdi

Xankəndidə keçirilən XI Vüqar Həşimov Memorialının qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, FİDE təmsilçisi Yan Nepomnyaşi yekunda 13 xal toplayaraq birinci olub.

Sloveniyalı Vladimir Fedoseyev ikinci, Rauf Məmmədov isə üçüncü yeri tutub.

Bağlanış mərasimində qalibə kuboku gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Digər mükafatlar isə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov tərəfindən sahiblərinə verilib.

Qeyd edək ki, Memorialda Amin Tabatabai (İran), Nodirbek Yakubboyev (Özbəkistan) və Aydın Süleymanlı da yarışıblar.