FİFA qərar verdi: Dünya çempionatı Azərbaycanda baş tutacaq - RƏSMİ

FİFA qərar verdi: Dünya çempionatı Azərbaycanda baş tutacaq - RƏSMİ

Azərbaycan iki beynəlxalq futbol turnirinə ev sahibliyi edəcək.

"Mediasport" xəbər verir ki, FİFA Şurası Bürosunun qərarına görə, U-15 dünya çempionatı və 2026-cı il Futbol Festivalı Bakıda baş tutacaq.

Qərar FİFA Şurasının ötən ilin dekabrında 15 yaşadək oğlan və qız futbolçular arasında yeni turnirin yaradılmasını təsdiqləməsindən sonra qəbul edilib.

İlk yarış 2026-cı ildə yalnız oğlan komandalarının iştirakı ilə keçiriləcək.

2027-ci ildə isə turnirdə yalnız qızlardan ibarət komandalar mübarizə aparacaq.

2028-ci ildən etibarən FİFA-ya üzv bütün assosiasiyalar həm oğlan, həm də qızlardan ibarət U-15 yığmaları ilə iki ayrı yarışda iştirak edə biləcəklər.

FİFA Azərbaycanın ev sahibi seçilməsini ölkənin yüksək səviyyəli idman və ümumi infrastruktur imkanları ilə əsaslandırıb.