"Qarabağ" İrlandiya səfərində meydana CİDDİ İTKİ ilə çıxacaq

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində İrlandiyada "Şelburn"un qonağı olacaq "Qarabağ" meydana cidid itki ilə çıxacaq.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun aparıcı futbolçusu Marko Yankoviç oynaya bilməyəcək.
Monteneqrolu yarımmüdafiəçi zədəli olduğu üçün səfərə yollanan qafilədə yer almayıb.
Onun cavab görüşünə qədər hazır olacağı bildirilir.
Xatırladaq ki, matç bu axşam Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Cavab oyunu gələn həftə Bakıda keçiriləcək.