Frank De Blekere Premyer Liqa klublarının rəsmiləri ilə görüşdü

AFFA-nın inzibati binasında Misli Premyer Liqasında çıxış edən klubların rəsmiləri ilə 2025/2026 mövsümündə tətbiq ediləcək yeni oyun qaydaları ilə bağlı görüş keçirilib.
"RMediasport" xəbər verir ki, görüşdə AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere və AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev iştirak ediblər.
Onlar komandaların üzvlərinə qaydalarda və təlimatlarda edilən dəyişikliklər barədə məlumat veriblər.