Azərbaycan Premyer Liqasını ölkəsinin çempionuna dəyişdi

Azərbaycan Premyer Liqasını ölkəsinin çempionuna dəyişdi

"Araz-Naxçıvan"dan ayrılan Kristian Avramın yeni klubu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, qapıçı Moldovanın "Petrokub" klubu ilə müqavilə imzalayıb.

Qolkiper 2023-cü ildən Muxtar Respublika təmsilçisinin uğurları üçün çalışırdı.

O, başa çatan mövsüm 27 oyuna çıxıb, 51 qol buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, "Petrokub" 2025/2026 mövsümündə Moldova çempionu olub.