"Qarabağ"dan ayrılacaq Zubirin yeni komandası məlum oldu

 "Qarabağ"dan ayrılacaq Zubirin yeni komandası məlum oldu

2018-ci ilin yayından "Qarabağ"da forma geyinən Abdullah Zubir mövsümün sonunda komandanı tərk edəcək.

"Mediasport" xəbər verir ki, bu barədə "L Equipe" nəşri məlumat yayıb.

Fransalı vinger karyerasını Qətərdə davam etdirəcək. O, Yüksək Liqa klubu "Əl Şahaniyə" ilə anlaşıb.

Qeyd edək ki, 34 yaşlı futbolçu Ağdam təmsilçisinin heyətində 355 oyun keçirib, 77 qol və 94 məhsuldar ötürmə ilə yadda qalıb.