“Turan Tovuz” - “Araz-Naxçıvan” oyununun biletləri satışda

Premyer Liqanın 23-cü turu çərçivəsində keçiriləcək “Turan Tovuz” - “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.
Mediasport.com.az xəbər verir ki, azarkeşlər fevralın 16-da baş tutacaq matçın biletlərini Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Görüş saat 16:00-da başlanacaq.