Gəncədə III MDB Oyunlarının geri sayım mərasimi keçirildi

Gəncədə III MDB Oyunlarının geri sayım mərasimi keçirildi

Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib. 

"Mediasport" xəbər verir ki, tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak ediblər.

Mərasimdə III MDB Oyunlarının rəsmi talismanları - Bəbir və Leyla geniş ictimaiyyətə təqdim olunub.

Bayram proqramı populyar ifaçılar Emiliya Yaqubova və Çingiz Mustafayevin iştirakı ilə maraqlı konsertlə davam edib.

Həmçinin tamaşaçılara Azərbaycan Gimnastika Federasiyası tərəfindən hazırlanan musiqi-xoreoqrafik nümayiş təqdim olunub.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-nə qədər Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.