Günay Qurbanova İtaliyada Avropa çempionatının finalında!

Günay Qurbanova İtaliyada Avropa çempionatının finalında!

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə qadın güləşçilərin mübarizəsi start götürüb.

Tatami üzərinə çıxan Azərbaycanın təmsilçisi Günay Qurbanova ümidləri doğruldub.

59 kq çəki dərəcəsində yarışan 18 yaşlı idmançı startda almaniyalı Fransiska Blaumeyserə (10:0), 1/4 finalda isə ukraynalı Mariya Miziurkoya (tuş) asanlıqla qalib gəlib.

Final yolunda belaruslu Marta Hetmanavayla (UWW) qarşılaşan təmsilçimiz bu rəqibinə də şans vermədən (11:0) adını finala yazdırıb.

Qurbanovanın qızıl medal uğrunda dueldə rəqibi türkiyəli Sevim Akbaş olacaq.