Azərbaycan millisi dünya çempionatında ikinci yeri tutdu

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, mötəbər yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi 89 xalla komanda hesabında dünya ikincisi olub.
İran (180) birinci, Özbəkistan (72) üçüncü yeri tutub.
Xatırladaq ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədovun rəhbərliyi altında Ülvü Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal qazanıblar.