Hakimlər Komitəsi İnqilab Məmmədovu 2-ci Liqaya göndərdi
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 24-cü turun hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, tur 3 günü əhatə edəcək.
Premyer Liqanın 28-ci turunun "Zirə" - "Neftçi" oyununda səhv qərarı ilə diqqət çəkən İnqilab Məmmədov bu yarışda başında olacaq.
O, turun mərkəzi qarşılaşması "Xankəndi" - "Qaradağ Lökbatan" görüşünü idarə edəcək.
Azərbaycan 2-ci Liqası. 24-cü tur
26 aprel (bazar)
“Ağstafa Gəncləri” – “Kür-Araz”
Hakimlər: Nahid Xasıyev, Tural Bayramov, Rizvan Süleymanov, Samir Hüseynov
Ağstafa şəhər stadionu, 16:30
“Dinamo” – “Şirvan”
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Nəriman Ağayev
Binə qəsəbə stadionu, 16:30
27 aprel (bazar ertəsi)
“Araz Saatlı” – “Göygöl”
Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Samir Musayev
Saatlı OİK stadionu, 16:00
“Şəki Siti” – “Ağdaş”
Hakimlər: Maqsud Şamıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Sərxan İsmayılov
Zaqatala OİK stadionu, 16:30
28 aprel (çərşənbə axşamı)
“Xankəndi” – “Qaradağ Lökbatan”
Hakimlər: İnqilab Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Kamil Aydınov
Şamaxı OİK stadionu, 16:00
“Şəmkir” – “Quba”
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Vüqar Alıyev
Şəmkir OİK Stadionu, 16:30
