Hərbi Dəniz Qüvvələri minifutbol birinciliyinin qalibi oldu - FOTOLAR

  Hərbi Dəniz Qüvvələri minifutbol birinciliyinin qalibi oldu - FOTOLAR

Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Nazirliyin baş idarə və idarələri, xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan minifutbol birinciliyinin bağlanış mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, Mərkəzi Ordu İdman Klubunun bazasında keçirilən birincilikdə əvvəlcə Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Bağlanış mərasimində çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Cavid Ağayev bu cür yarışların hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında və komanda ruhunun möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq, qalib komandaları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi tərəfindən idarə olunan final görüşündə Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin komandaları qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən yarışda Hərbi Dəniz Qüvvələrinin komandası birinciliyin qalibi olub.

Tədbirin sonunda qalib komandalara kubok və medallar təqdim olunub.