Hidayət Heydərov yeni çəki dərəcəsində bürünc medalçı oldu
Çinin Sindao şəhərində cüdo üzrə Qran-Pri turniri keçirilir.
"Mediasport" xəbər verir ki, olimpiya çempionumuz Hidayət Heydərov karyerasında ilk dəfə -81 kq çəki dərəcəsində medal qazanıb.
O, üçüncü yer uğrunda görüşdə Eqor Suxoparov üzərində qələbə qazanaraq Sindao Qran-Prisinin bürünc medalını qazanıb.
Həmin yarışda buna qədər Əhməd Yusifov da fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.


