Azərbaycanın 3 cüdoçusu Skopyedə Avropa çempionu oldu

Azərbaycanın yeniyetmə cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatına böyük uğurla başlayıblar.
"Mediasport" xəbər verir ki, qitə birinciliyinin ilk günündə yarışa qoşulan 9 cüdoçumuzdan 6-sı medal qazanıb ki, onlardan üçü qızıl əyarlı olub.
Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıb.
Qızlar arasında isə Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc medal əldə ediblər.