Rəsul Almaniyada 3-cü oldu

Rəsul Almaniyada 3-cü oldu

Almaniyanın paytaxtı Berlində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda ilk yarış gününə yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisi günü bir medalla başa vurub.

Rəsul Əlizadə (-60 kq) bürünc mükafat qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

O, üçüncülük uğrunda görüşdə fransalı Lüsyen Tiksyeni məğlub edib.

Turnirə bu gün yekun vurulacaq. Son yarış günündə yığmamızın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.