Avropa çempionatı: Daha iki cüdoçumuz mübarizəyə start verir

  Avropa çempionatı: Daha iki cüdoçumuz mübarizəyə start verir

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında mübarizə davam edir.

"Mediasport" xəbər verir ki, ikinci yarış günündə daha iki cüdoçumuz tatamiyə çıxacaq.

Yığmamız ilk günü 5 medalla (2 qızıl, 1 gümüş, 2 bürünc) başa vurub.

40 kq çəkidə yarışan 15 yaşlı Zəhra Quliyeva, 50 kq-da Nihad Ağayev komanda yoldaşı Fərid Rzazadəyə qalib gələrək qitə birincisi olub.

Digər medalları İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) qazanıblar.

Avropa çempionatı

Oğlanların mübarizəsi

-66 kq, 1/16 final

İlkin Qarayev - Samuil Dimitrov

-73 kq, 1/8 final

Sadiq Məmmədov - Matas Marksaitis / Noam Stiner cütünün qalibi ilə