Cüdoçularımız 2 medal qazandı
Estoniyada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirində Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub.
"Mediasport" xəbər verir ki, Fidan Əlizadə (-63 kq) gümüş medal qazanıb.
Madina Kaisinova (+78 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Bu gün daha 5 qadın cüdoçumuz mübarizəyə qoşulacaq.




