2025-ci il üçün dünyada ən yaxşı milli baş məşqçisinin adı açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli komandalar üzrə 2025-ci ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.
"Mediasport" xəbər verir ki, İspaniya yığmasına rəhbərlik edən Luis de la Fuente bütün rəqiblərini qabaqlayıb.
64 yaşlı məşqçi 136 xal toplayıb.
Portuqaliyanın millisinin baş məşqçisi Roberto Martines 2-ci, Argentina yığmasının "sükan"çısı Lionel Skaloni isə 3-cü yeri tutub.
