Türkiyə Super Liqasına yüksələn ilk komanda məlum oldu - FOTO
Futbol üzrə Türkiyə Super Liqasına vəsiqə qazanan ilk komanda məlum olub.
"Mediasport" xəbər verir ki, 1-ci Liqanın lideri "Ərzurumspor" vəzifənin öhdəsindən mövsümün başa çatmasına iki tur qalmış gəlib.
Sərkan Özbaltanın baş məşqçisi olduğu kollektiv 79 xalla elitada yerini təmin edib.
Ərzurum təmsilçisini 73 və 72 xalla müvafiq olaraq "Erokspor" və "Amedspor" izləyir.
Xatırladaq ki, "Ərzurumspor" son dəfə 5 mövsüm əvvəl Super Liqada mübarizə aparıb.

