III MDB Oyunlarının futbol matçları bu rayonun stadionunda keçiriləcək

Sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçiriləcək III MDB Oyunlarının futbol yarışlarının baş tutacağı bölgə müəyyənləşib.
"Mediasport" xəbər verir ki, oyunlar Qəbələ şəhər stadionunda təşkil olunacaq.
Arenada bəzi yeniliklər ediləcək, kosmetik təmir işləri aparılacaq.
Xatırladaq ki, III MDB Oyunlarına Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərləri ev sahibliyi edəcək.