III MDB Oyunlarının ilkin yarış proqramı açıqlandı - FOTO

III MDB Oyunlarının ilkin yarış proqramı açıqlandı - FOTO

Bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarının ilkin yarış cədvəli açıqlanıb.

"Mediasport" xəbər verir ki, yarışlar sentyabrın 26-da start götürəcək.

Proqrama əsasən, mübarizə Qəbələ Olimpiya İdman Kompleksində stolüstü tennisçilərin yarışı ilə başlanacaq.

Oyunlar ümumilikdə 14 idman obyektində keçiriləcək.

III MDB Oyunlarına oktyabrın 8-də Şəki Olimpiya İdman Kompleksində bədii gimnastların yarışı ilə yekun vurulacaq.