AÇ: 2 güləşçimiz yarımfinala çıxdı

 AÇ: 2 güləşçimiz yarımfinala çıxdı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün mübarizəyə qoşulan qadın güləşçilərimizdən Gülxanım Şirinova (40 kq) 1/4 finalda rusiyalı Zlata Koreşovaya 3:12 hesabı ilə məğlub olub.

Nuray Cəfərli (46 kq) makedoniyalı Frosina Atanasovaya "tuş"la, macarıstanlı Vivyen Sentpala isə 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Nuray yarımfinalda polşalı Yuliya Palka ilə güləşəcək.

Fatimə Bayramova (53 kq) türkiyəli Ecrin Salikə "tuş"la, ukraynalı Kamilla Pihora isə 6:3 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, final yolunda macarıstanlı Mariya Jitovozla üz-üzə gələcək.

Fidan Babayeva (61 kq) 1/8 finalda isveçrəli İnez Airaksinenə "tuş"la məğlub uduzub.

Simurə Abdullayeva (69 kq) isə bolqarıstanlı Nataliya Tasevaya "tuş"la qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcanla bacarmayıb (6:17).