Azərbaycan idmançısı BƏƏ-də dünya çempionu oldu - FOTOLAR

Azərbaycan idmançısı BƏƏ-də dünya çempionu oldu - FOTOLAR

Azərbaycan idmançıları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Braziliya Ciu-Citsusu üzrə dünya çempionatının "AJP World Jiu-Jitsu Championship" kateqoriyası üzrə birinciliyində uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, “Dinamo” İdman Klubunun təmsilçiləri yarışda 2 medal qazanıblar.

Baş məşqçi Elçin Hüseynovun rəhbərliyi altında Tural Seyidzadə 16-17 yaşlılar üzrə (73 kq) ağ kəmər kateqoriyasında 5 rəqibini məğlub edərək qızıl medal əldə edib.

Dmitriy Əmrastanov isə "Master-2" göy kəmər (85 kq) kateqoriyasında yalnız finalda məğlub olaraq gümüş mükafata layiq görülüb.