İki qadın cüdoçumuz Avropa Kubokunda qızıl medal qazandı

İki qadın cüdoçumuz Avropa Kubokunda qızıl medal qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb.

"Mediasport" xəbər verir ki, yarışın sonuncu günündə milli komandamızın 3 üzvü fəxri kürsüyə yüksəlib.

48 kq çəki dərəcəsində Könül Əliyeva və 58 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb.

48 kq-da digər təmsilçimiz Leyla Əliyeva isə bürünc medala sahib çıxıb.

Yarışın ilk günündə Günel Həsənli (70 kq) bürünc mükafatla yadda qalmışdı.

Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında 5-ci yeri tutub.