Bakıda keçiriləcək dünya çempionatına biletlər satışa çıxarıldı
Bakıda təşkil olunacaq cüdo üzrə böyüklər arasında dünya çempionatının biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, turnirin biletlərini iTicket.az platforması vasitəsilə onlayn, eləcə də şəhərin müxtəlif satış məntəqələrindən əldə etmək mümkündür.
Turnirdə dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir.
Qarşıdakı aylarda yarışın proqramı, iştirakçılar, azarkeş zonaları və digər yeniliklərlə bağlı məlumatlar mərhələli şəkildə açıqlanacaq.
Mundial oktyabrın 4-11-də Milli Gimnastika Arenasında baş tutacaq.


