Millimiz dünya çempionatına hazırlıq mərhələsini başa vurdu

Millimiz dünya çempionatına hazırlıq mərhələsini başa vurdu

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisi dünya çempionatına son hazırlıq mərhələsini başa vurub.

"Mediasport" xəbər verir ki, yığma üzvləri oktyabrın 7-dən 17-dək Qubada təlim-məşq toplanışında iştirak edib.

Böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında keçirilən toplanış oktyabrın 24–30-u aralığında Çinin Uşi şəhərində təşkil olunacaq dünya çempionatına hazırlığın son mərhələsini təşkil edib.

Qeyd edək ki, mundialda Azərbaycanı 9 idmançı (7 kişi və 2 qadın) təmsil edəcək.