İlham Əliyev Azərbaycanda baş tutan III MDB Oyunlarından danışdı

Tacikistanda səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmizin bugünlərdə ev sahibliyi etdiyi III MDB Oyunlarından danışıb.
"Mediasport" xəbər verir ki, dövlət başçısı 13 ölkə idmançılarının iştirak etdiyi yarışın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb:
"MDB Oyunları kimi tədbirlər həm Birlik daxilində, həm də ondan kənarda dostluq və əməkdaşlığı möhkəmləndirir. Belə yarışlar MDB çərçivəsində və onun hüdudlarından kənarda dostluğu və əməkdaşlığı gücləndirir, qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə töhfə verir".
Xatırladaq ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhərində - Gəncə, Xankəndi, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir və Şəkidə baş tutub.
Azərbaycan Oyunları 33-ü qızıl, 56-sı gümüş, 95-i bürünc olmaqla, ümumilikdə, 184 medalla başa vurub.