Premyer Liqada növbəti “transfer pəncərələri”nin vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümü üçün “transfer pəncərələri”nin vaxtı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, yay transfer dövrü bu il iyunun 19-dan sentyabrın 10-na qədər (saat 23:59) olacaq.
Qış "transfer pəncərəsi" isə 2026-cı il yanvarın 14-dən fevralın 10-na (saat 23:59) kimi davam edəcək.
2026-cı il martın 31-i azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.