Milli komandanın məşq əşyaları oğurlandı, polis hərəkətə keçdi

Milli komandanın məşq əşyaları oğurlandı, polis hərəkətə keçdi

İngiltərə milli komandası dünya çempionatının qrup mərhələsinin oyunu ərəfəsində xoşagəlməz hadisə ilə üzləşib.

"Mediasport" xəbər verir ki, yığmaya məxsus bir neçə avadanlıq - futbolçuların butsları, toplar və məşq ləvazimatları oğurlanıb.

Bununla yanaşı, komandanın baş məşqçisi Tomas Tuxelin istifadə etdiyi taktiki lövhələr də yoxa çıxıb.

ABŞ polisi hadisə bağlı bağlı açıqlamasında bunları deyib:

"Bu axşam Kanzas şəhərinə çatan komanda nəqliyyat vasitəsindən bəzi əşyaların oğurlanması ehtimalı ilə bağlı araşdırma aparırıq. İstintaq davam edir".

Xatırladaq ki, İngiltərə millisi DÇ-2026-nın qrup mərhələsinin birinci turunda iyunun 17-də Xorvatiya ilə qarşılaşacaq.