İslamiadanın bağlanış mərasimində bayraqdarlarımız onlar olacaqlar
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.
"Mediasport" xəbər verir ki, bu gün keçiriləcək bağlanış mərasimində üçrəngli Azərbaycan bayrağını yunan-Roma güləşiçimiz Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova aparacaqlar.
Həsrət Cəfərov (67 kq) VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Səbinə Kərimovanın çıxış etdiyi qadınlardan ibarət qılıncoynatma komandası isə yarışın qalibi olub.
Bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
