Avropa Kubokuna 22 cüdoçu ilə yollanıb bir medal qazandılar

 Avropa Kubokuna 22 cüdoçu ilə yollanıb bir medal qazandılar

Azərbaycanın gənc cüdoçuları Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Kubokunda fiasko yaşayıblar.

"Mediasport" xəbər verir ki, 10 çəki dərəcəsində 22 idmançı (14 oğlan, 8 qız) ilə səfərə yollanan komandamız yalnız bir medal qazanıb.

100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı gümüş mükafat əldə edib.

Turnirdə 32 ölkədən 428 cüdoçu yarışıb.

Mirxaliq İskəndərov, Ayxan Mirzəzadə, Nicat Eyvazov (hamısı 60 kq), Mehdi Cəfərov, Səlim Sultanov, Nihad Yəhyayev (hamısı 73 kq), Nahid Tarquliyev, Roman Qarayev, Mehdi Abbasov, Cəsur İbadlı (hamısı 81 kq), Canpolad Əliyev, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Davud Namazlı, Vidadi Əliyev (hər ikisi 100 kq), qadınlardan Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Qasımova, Gülnarə Bayramova (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kq), Pərvanə Abdullayeva (70 kq), Nigar Süleymanova (+78 kq) Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşan yarışda uğursuzluqla yadda qalıb.