İspaniya çempionu olub 14 ildən sonra La Liqaya vəsiqə qazandılar
Futbol üzrə İspaniya 2-ci Liqasında qızıl medalların sahibi məlum olub.
"Mediasport" xəbər verir ki, "Real Rasinq" mövsümün başa çatmasına iki tur qalmış Sequnda çempionluğunu təmin edib.
Santander təmsilçisi 40-cı turda "Real Valyadolid"in qapısından 4 top keçirib və 78 xalla La Liqa vəsiqəsini rəsmiləşdirib.
Ən yaxın rəqibi "Deportivo"nu 6 xal qabaqlayan Xose Albertonun baş məşqçisi olduğu komanda Primeraya 14 illik fasilədən sonra yüksəlib.
