Bütün dünya çempionatları finallarında qeydə alınan nəticələr

Bütün dünya çempionatları finallarında qeydə alınan nəticələr

Tarixdə ilk dəfə üç ölkədə (ABŞ, Meksika, Kanada) 48 milli komandanın iştirakı ilə keçirilən futbol üzrə dünya çempionatı bu axşam yekunlaşacaq.

23-cü Dünya Kubokunun finalında yarışın son qalibi Argentina yığması ilə son Avropa çempionu İspaniya millisi qarşılaşacaq.

Mundialın həlledici dueli Nyu-York şəhərində 82 mindən çox azarkeş tutumuna malik "Metlayf" stadionunda keçiriləcək.

"Mediasport" sizə indiyədək baş tutmuş bütün dünya çempionatları finallarında qeydə alınmış nəticələrin xronoloji ardıcıllığını təqdim edir:


1930: Uruqvay – Argentina 4:2

1934: İtaliya – Çexoslovakiya 2:1 (əlavə vaxtda)

1938: İtaliya – Macarıstan 4:2

1950: Uruqvay – Braziliya 2:1 (turnirin həlledici son oyunu)

1954: Qərbi Almaniya – Macarıstan 3:2

1958: Braziliya – İsveç 5:2

1962: Braziliya – Çexoslovakiya 3:1

1966: İngiltərə – Qərbi Almaniya 4:2 (əlavə vaxtda)

1970: Braziliya – İtaliya 4:1

1974: Qərbi Almaniya – Niderland 2:1

1978: Argentina – Niderland 3:1 (əlavə vaxtda)

1982: İtaliya – Qərbi Almaniya 3:1

1986: Argentina – Qərbi Almaniya 3:2

1990: Qərbi Almaniya – Argentina 1:0

1994: Braziliya – İtaliya 0:0 (penaltilərlə 3:2)

1998: Fransa – Braziliya 3:0

2002: Braziliya – Almaniya 2:0

2006: İtaliya – Fransa 1:1 (penaltilərlə 5:3)

2010: İspaniya – Niderland 1:0 (əlavə vaxtda)

2014: Almaniya – Argentina 1:0 (əlavə vaxtda)

2018: Fransa – Xorvatiya 4:2

2022: Argentina – Fransa 3:3 (penaltilərlə 4:2)


QEYD: 1950-ci il dünya çempionatında reqlament fərqli olub və standart final matçı nəzərdə tutulmayıb. Çempion 4 komandanın yarışdığı son qrup mərhələsində müəyyənləşib. Təsadüfdən qrupun son oyunu olan Uruqvay - Braziliya matçı qalibi müəyyən edib - Braziliya futbolçularına heç-heçə kifayət etsə də, 2:1 hesablı qələbə qazanan Uruqvay tarixdə ilk turnirin qalibi olub.