Dünya çempionatı: 1/8 finala yüksələn iki kollektiv məlum oldu

Dünya çempionatı: 1/8 finala yüksələn iki kollektiv məlum oldu

Tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən klublararası dünya çempionatında 1/8 finala yüksələn iki kollektiv məlum olub.

"Mediasport" xəbər evrir ki, ABŞ-nin ev sahibliyi etdiyi mundialda Almaniyanın "Bayern" və Braziliyanın "Flamenqu" klubları pley-off mərhələsinə vaxtındanəvvəl vəsiqə qazanıblar.

Bu komandalar qrupda keçirdikləri ilk iki görüşdən maksimum nəticə ilə ayrılıblar.

Münhenlilər "Oklənd Siti" (Yeni Zelandiya) və "Boka Xunyors"u məğlub ediblər, braziliyalılar isə "Esperans" (Tunis) və "Çelsi"dən (İngiltərə) güclü çıxıblar.