Kabo Verde çətin sınaq qarşısında, Kolumbiya Qana ilə üz-üz gələcək

Kabo Verde çətin sınaq qarşısında, Kolumbiya Qana ilə üz-üz gələcək

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi Dünya Kuboku turnirində pley-off mərhələsinin oyunları davam edir.

"Mediasport" xəbər verir ki, bu axşam saat 22:00-da start götürəcək qarşılaşmada Avstraliya Misirlə üz-üzə gələcək.

Son çempion Argentina seçməsi Kabo Verde ilə, Kolumbiya yığması isə Qana futbolçuları ilə qarşılaşacaq.

Xatırladaq ki, daha əvvəl yarışda İspaniya, Meksika, Norveç, Kanada, Braziliya, Paraqvay, Mərakeş, Fransa, İngiltərə, Belçika, ABŞ, Portuqaliya milliləri 1/8 finala adlayıblar.

DÇ-2026. Pley-off

22:00 Avstraliya - Misir

02:00 Argentina - Kabo-Verde

05:30 Kolumbiya - Qana