Kadi Borgesdən unikal nəticə - Konfrans Liqasında bombardir oldu

Kadi Borgesdən unikal nəticə - Konfrans Liqasında bombardir oldu

“Qarabağ”ın futbolçusu Kadi Borges yeni rekorda imza atıb.

"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, braziliyalı Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına sahib çıxıb.

Braziliyalı yarımmüdafiəçi buna turnirdəki 6-cı qolunu vurmaqla nail olub.

O, pley-off mərhələsinin “Tvente” ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib.

Bununla da Kadi UEFA Konfrans Liqasında “Qarabağ” forması ilə keçirdiyi 17 matçda 6-cı qoluna imza atıb. 

Onun əvvəlki 5 qolu 2021/22 mövsümünə təsadüf edib. Həmin vaxt Kadi III təsnifat mərhələsində Kipr AEL-inə (1:0) və pley-offda Şotlandiya “Aberdin”inə (3:1) bir, qrupda Kipr “Omoniya”sına (4:1) iki, pley-offda Fransa “Marsel”inə (1:3) bir qol vurub.

Bunadək Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına üç şərik var idi. Kadidən başqa bunu bacaran futbolçulardan Coy Lens Mikels “Sabah”ın, Rafael Utziq “Qəbələ” və “Zirə”nin heyətində 5 qola sevinib.

Qeyd edək ki, Kadi “Qarabağ” forması ilə avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.