"Kəpəz"in futbolçusu bıçaqlandı!

 "Kəpəz"in futbolçusu bıçaqlandı!

"Kəpəz"in futbolçusu Veysəl Rzayev bıçaqlanıb.

"Mediasport" xəbər verir ki, hadisə Gəncədə baş verib.

2002-ci il təvəllüdlü yarımmüdafiəçi kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib.

Zərərçəkənə təcili tibbi yardım göstərilib, əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Rzayev "Kəpəz"ə ötən ay "Turan Tovuz"dan transfer olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin təfərrüatları dəqiqləşdirilir.