Klub prezidenti yolun ortasında güllələnərək qətlə yetirildi

 Klub prezidenti yolun ortasında güllələnərək qətlə yetirildi

Kiprin “Karmiotissa” futbol klubunun prezidenti Stavros Dimostenus öldürülüb.

"Mediasport" xəbər verir ki, klub rəhbəri magistral yolda hərəkət edən zaman idarə etdiyi avtomobilin qarşısı kəsilərək güllələnib.

Cinayətkar qətli motosikletlə törədib və hadisə yerindən qaçıb.

Qeyd edək ki, 49 yaşlı Dimostenus 2023-cü ildən "Karmiotissa"nın prezidenti idi.