Kriştianu Ronaldu vurduğu qolların sayını 967-yə çatdırdı
Dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldu karyerası ərzində vurudğu qolların sayını 967-yə çatdırıb.
"Mediasport" xəbər verir ki, 41 yaşlı superulduz növbəti iki qolunu Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turunda vurub.
"Əl Nəsr"in hücumçusu “Əl Nayma" ilə qarşılaşmada dubl edib - 5:2.
Portuqaliyalının komandası qələbə ilə liderliyini möhkəmləndirib.
"Əl Nəsr"in aktivində 70 xal var.
