Mövsümün rəmzi heyəti açıqlandı - Çempiondan yalnız 3 futbolçu var
Futbol üzrə Fransa Liqa 1-də mövsümün rəmzi heyəti müəyyənləşib.
"Mediasport" xəbər verir ki, siyahını nüfuzlu statistika portalı "Whoscored" tərtib edib.
Maraqlıdır ki, simvolik "11-liy"ə çempion PSJ-dən cəmi 3 futbolçunun adı daxil edilib:
Qapıçı: Erve Koffi ("Anje");
Müdafiəçilər: Gela Due ("Strasburq"), Şarli Kressvel ("Tuluza"), Malanqa Sarr ("Lans"), Nunu Mendeş (PSJ);
Yarımmüdafiəçilər: Meyson Qrinvud ("Marsel"), Mamadu Sanqare, Florian Tovin (hər ikisi "Lans"), Bredli Barkola (PSJ);
Hücumçular: Xoakin Paniçelli ("Strasburq"), Usman Dembele (PSJ).


