30 finalı stadiondan 289 463 tamaşaçı izləyib - Ölkə kuboku
Futbol üzrə Azərbaycan Kubokunun 30 finalını tribunlardan ümumilikdə 300 minə yaxın - 289 463 tamaşaçı izləyib.
"Mediasport" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Turnirin 34-cü mövsümünün finalı 31-ci həlledici qarşılaşma olacaq. Bunadək 2001/2002 və 2019/2020 mövsümləri başa çatdırılmayıb. 30 finaldan biri – 2020/2021 mövsümünün matçı koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirilib.
30 finalı ümumilikdə 300 minə yaxın – 289 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.
2009/2010 mövsümünün finalını isə rekord sayda 26 000 tamaşaçı seyr edib. "Bakı" və "Xəzər Lənkəran" arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir.
Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək.
Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
