Levandovskinin yeni klubu bilindi

  Levandovskinin yeni klubu bilindi

"Barselona" ilə yollarını ayıran Robert Levandovskinin yeni klubu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, polşalı forvard ABŞ klubu "Çikaqo Fayr"la 2 illik müqavilə imzalayıb.

37 yaşlı Robert 2025/2026 mövsümündə Kataloniya təmsilçisinin heyətində ümumilikdə 46 oyuna çıxıb, 19 qol vurub və 4 məhsuldar ötürmə edib.

O, karyerası ərzində ölkəsinin "Delta", "Legiya II", "Lex", Almaniyanın "Borussiya" (Dortmund) və "Bayern" klublarında forma geyinib.