Tarixlərində 35-ci dəfə Almaniya çempionu adını qazandı - VİDEO
Futbol üzrə Almaniya Bundesliqasında çempion müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Bayern" mövsümün başa çatmasına 4 tur qalmış qızıl medalların taleyini həll edib.
Hesabat turunda "Ştuttqrat"ı məğlub edən (4:2) Vensan Kompaninin komandası "Borussiya"nı (Dortmund) 15 xal qabaqlayır.
Bu, Münhen təmsilçisinin son 13 mövsümdə 12-ci, tarixi ərzində isə 35-ci çempionluğu olub.
Bavariya vilayətinin komandası ölkədə ilk çempionluq sevincini 1932-ci ildə yaşayıb.

