Dünya çempionatının bütün iştirakçıları məlum oldu - SİYAHI
Bu yay tarixdə ilk dəfə 3 ölkə - ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində çıxış edəcək 48 komandanın hamısı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, son olaraq qitələrarası pley-off mərhələsində final görüşləri keçirilib.
Yamayka yığmasına əlavə vaxtda qalib (1:0) gələn Konqo Demokratik Respublikası (DR) və Boliviya seçməsini məğlub (2:1) edən İraq milli komandası adını mundialın final mərhələsinə yazdırıb.
Komandalar Dünya Kubokunda 12 qrupda mübarizə aparacaqlar.
Dördilliyin zirvə yarışı 11 iyun - 19 iyul aralığında baş tutacaq.
DÇ-2026. Qrup mərhələsi
A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya;
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina;
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya;
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə;
E qrupu: Almaniya, Kürasao, Fil Dişi Sahili, Ekvador;
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç;
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya;
H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay;
I qrupu: Fransa, Seneqal, Norveç, İraq;
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya;
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo DR;
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama.
