"Yuventus" Luçano Spalletti ilə bağlı yekun qərarını açıqladı
İtaliya nəhəngi "Yuventus"da baş məşqçi Luçano Spalletti ilə bağlı son qərar açıqlanıb.
"Mediasport" xəbər verir ki, Turin klubu mütəxəssislə müqaviləni yeniləyib.
Anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 67 yaşlı apenninli "qoca sinyora"ya 2025-ci ilin oktyabrından rəhbərlik edir.
Komanda hazırda A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb.
