Super Liqaya vəsiqə qazanan sonuncu komanda müəyyənləşdi

Türkiyə 1-ci Liqasından Super Liqaya yüksələn sonuncu komanda məlum olub.
"Mediasport" xəbər verir ki, bu hüquqa "Fatih Karagümrük" klubu yiyələnib.
İstanbul təmsilçisi pley-offun finalında “Bandırmaspor”dün güclü olub - 3:1. Komanda 1 illik aradan sonra Super Liqaya qayıdıb.
Qeyd edək ki, bunadək “Kocaelispor” və “Gənclərbirliyi” elitaya vəsiqə qazanmışdı.